Oruclu ikən xəstələnən orucunu aça bilərmi?
Sual:
Salam aleykum.Men orucluyam ve qızdırmışam,bütün hər yerim agrıyır qızdırmadan.Orucumu poza bilərəmmi və onun yerinə neçə gün oruc tutmalıyam?
Cavab:
Və aleykum Salam. Oruclu insan xəstələnərsə, orucunu aça bilər və buraxdığı hər günün əvəzinə bir gün qəza etməlidir. Uca Allah buyurur: "Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar). Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər". (əl-Bəqərə, 184). Ətraflı oxuyun: