Söyüş söyənin duaları qəbul olunurmu?

    23.12.2013
Sual: 
Salamun Əleyküm.Mən bilmək istərdim.Söyüş söyənin (ağzından pis söz çıxanın kimisə söyənin) qırx gün ərzində etdiyi duaları qəbul olunmur.Bu haqda məlumat verməyinizi xahiş edərdim.Əvvəlcədən təşəkkür edirəm.
Cavab: 

Aleykum salam. Günah işlər görmək duaların qəbul edilməsinə əngəl ola bilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Uzun bir səfərə çıxmış bir kişi saçları dağınıq, paltarı tozlu halda əllərini səmaya uzadaraq: "Ey Rəbbim! Ey Rəbbim" deyər, lakin yediyi haram, içdiyi haram, geydiyi haram, haramla bəslənən olsa, beləsinin duası necə qəbul olunsun?" (Muslim, 1686). Lakin söyüş söyənin qırx gün duasının qəbul edilməməsi haqda səhih məlumat yoxdur.

Teqlər: 
Paylaş: