Ölü sahibinə baş sağlığı nəyə görə verilir?

    01.06.2014
Sual: 
Baw sagligi niye göre verilir?
Cavab: 

Aleykum salam. Ölü sahibinə baş sağlığı (təziyə) vermək, onu səbrə çağırmaq və ölü üçün dua etmək üçün olunur. İbn Macənin (Allah ona rəhmət etsin) Amr və İbn Həzmdən (Allah onlardan razı oısun) rəvayət etdiyi hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurur: "Bir mömin müsəlman qardaşını hər hansı bir bəla səbəbiylə təsəlli edərsə, Allah Təala da ona qiyamət günü kəramət libası geyindirər".
Yaxın adamı ölmüş bir şəxsə və ya ailəyə təsəlli (təziyə) vermə, baş sağlığı edərkən bu sözlər deyilir: "İnnə lillahi mə əxazə və ləhu mə ə'ta və kullu şey'in indəhu biəcəlin mu­səmmə... fəl-təsbir vəl-təhtəsib - Şübhəsiz ki, Allahın aldığı da, verdiyi də Özünə aiddir. Onun yanında hər şeyin öz müəyyən əcəli var... Səbr et və (bunun əvəzinə Allah yanında mükafat qazanacağına) ümid bağla!" (əl-Buxari, 2/80; Muslim, 2/636). Sonra: "Ə'zaməllahu əcrakə va əhsənə azəəkə va ğafəra limeyyitikə - Uca Allah əcrini (savabını) böyük, səbrini gözəl etsin və ölünü bağışlasın!". (ən-Nəvəvi "əl-Əzkar", səh. 126). 
Bəzi insanların bu gün etdiyi kimi baş sağlığı üçün oturmaq və bunu elan etmək bəyənilmir. Ölüm baş verən ailə üçün yemək hazırlayıb göndərmək şəriətimizə uyğundur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Cəfərin ailəsi üçün yemək hazırlayın! İndi onlar başlarını qatan bir bəla ilə üzləşiblər". (İmam Əhməd və Tirmizi).
Lakin bu gün isə bəzi insanlar əksinə, ölünün şərəfinə camaatın toplaşması üçün yer ayırır, yemək hazırlayır, Quran oxumaları üçün qarilər çağırır və bütün bunlara görə də maddi yük altına düşürlər. Bunlar haram olunmuş mərasimlərdir. Böyük islam alimi İbn Teymiyyə (Allah ona rəhmət etsin) buyurur: "Ölü sahibinin insanlara yemək verməsi və ölüyə Quran oxutması həqiqi əqidə sahibi olan müsəlmanların tanımadığı bir adətdir. Elm əhli bunu heç vaxt qəbul etməmişlər".

Paylaş: