Əgər insan Allah üçün bir işi tərk edib sonra bu işi görübsə, onda nə etmək laızmdır?

    30.04.2024
Kimdən: 
ORXAN
Sual: 
Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh! Əgər insan Allah rizası və xatiri üçüb bir şeyi tərk etmək qərarına gəlibsə, yəniki “Allahım sənin xatirinə bu əməli tərk edirəm deyub” sonra da bu işi görübsə, onda nə etmək laızmdır? Əgər belədirsə, onu necə ödəmək olar?
Cavab: 

Və alekum Salam və Rahmətullahi və Bərakətuhu. Əgər tərk edilən şey Allahın haram buyurduğu bir şey və ya əməldirsə, buna görə tövbə edib bir daha bu harama qayıtmamaq lazımdır. Buna görə heç bir kəffarə yoxdur. Əgər tərk edilən şey mübah (haram olmayan bir şey) olarsa, buna görə heç bir şey düşmür. 

Paylaş: