İslam nədir və neçə əsası vardır?

    01.06.2014
Sual: 
Salam aleykum. İslam nədir və neçə əsası vardır?
Cavab: 

Aleykum salam. İslam, tövhid (tək Allahlılıq prinsipi) ilə Uca Allaha təslim olmaq, itaət ilə Ona baş əymək, şirkdən və şirk edənlərdən uzaq olmaq. İslam özü beş əsas üzərində qurulmuşdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurub: "İslam beş əsas üzərində qurulmuşdur: "Lə iləhə illəllah və Muhəmmədən Rasulullah" kəlməsinə (Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna) şahadət gətirmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və oruc tutmaq". (əl-Buxari və Muslim). Həmçinin oxuyun: Mənə İslam haqqında xəbər ver!

 

Paylaş: