Tək Allaha ibadət edib Peyğəmbəri qəbul etməyənlər müsəlman sayılırmı?

    16.05.2024
Kimdən: 
.
Sual: 
Allah quranda xaçpərəstləri və yahudiləri ayrı ad çəkir, kitab əhlini ayrı. Kimdən soruşsam deyir ki xristiyan və yahudilər kitab əhlidir. O kitablar tamamən dəyişdirilib. Ancaq eşitdiyimə görə tək Allaha ibadət edən bir din var. İsanın dini ilə gedirlər (təbii ki də o kitabda dəyişdirilib və ya bir qismi və ya az) İslam dininə çox bənzəyir. Başlarını bağlayırlar saqqal uzadırlar müsəlmanlar kimi ancaq Allaha ibadət edirlər, sadəcə Məhəmməd peyğəmbəri qəbul etmirlər. Öz kitablarında keçir ki Əhməd gələcək amma onu qəbul etmirlər. Nəticədə quranı inlar edib kafir olurlar. İndi bu insanlar əsl kitab əhlidi? Hansı ki quranda keçir ki onlarında bizimdə məbudumiz 1dir.
Cavab: 

Əssələmu aleykum. Qurani Kərimdə "Kitab əhli" deyildikdə İslam dinini qəbul etməyən və kafir olan xaçpərəstlər və yəhudilər nəzərdə tutulur. "Kitab" deyildikdə Tövrat və İncil nəzərdə tutulur. Müsəlmanlara nazil olan Quran Kitab adlansa da müsğlmanlara "Kitab əhli" demək doğru deyil. Hansısa qövmün tək Allaha ibadət etməsi onları İslama daxil etmir. çünki Kəlmeyi-Şəhadət iki hissədən ibarətdir "Lə İləhə İlləllah" (Allahdan başqa haqq məbud yoxdur) və "Muhəmmədən rasulullah" Muhəmməd Onun Elçisidir). Bu iki əsasdan birini inkar edən müsəlman olmur. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: