İman nədir və neçə əsası var?

    01.06.2014
Sual: 
Salam aleykum. İman nedir ve nechə esasi var?
Cavab: 

Aleykum salam. İman, qəlbi ilə etiqad etmək, dil ilə tələffüz etmək, bədən əzaları ilə yerinə yetirməkdir. İman itaətlə çoxalır, asiliklə azalır. İmanın altı əsası vardır: Peyğəmbər (salləllahu aleyhi və səlləm) hədisində deyir: "İman Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə və qədərin xeyir-şərinə iman gətirməkdir". (əl-Buxari və Muslim).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "İman yetmiş və bir neçə dərəcədən ibarətdir. Ən üstün dərəcəsi "Lə iləhə illəllah" kəlməsini deməkdir. Ən aşağı dərəcəsi isə, insanlara əziyyət verən bir şeyi yoldan götürməkdir. Həya isə, imanın dərəcələrindən biridir". (Muslim). Həmçinin oxuyun: Mənə islam haqqında xəbər ver!
 

Paylaş: