Peyğəmbərlikdən qabaq cinlərlə səma arasında sədd çəkilməsi

    20.04.2024

Peyğəmbərlik verilməmişdən qısa müddət qabaq cinlərin səmada olan mələklərdən məlumat oğurlayıb falçı və kahinlərə çatdırılmasının qarşısı alınmışdı. Bu haqda İbn Abbas rəvayət edir ki, Peyğəmbər ﷺ bir dəstə səhabəsi ilə Ukaz baza­rına getdi. Artıq şeytanlar səmavi xəbəri (Allahın mələklərə nazil etdiyi vəh­yi) oğrun-oğrun öyrənməkdən məhrum olmuş və onları yandırıb yaxan ulduz­lar təqib etmişdir. Onlar öz qövmünün yanına qayıtdıqda onlardan: “Sizə nə olub?”– deyə soruşdular və onlar dedilər: “Biz səmavi xəbəri öyrənməkdən məh­­rum olduq və üstümüzə yanar ulduzlar endirildi!” Onlara dedilər: “Sizi sə­mavi xəbəri öyrən­məkdən məh­rum edən şey, baş vermiş yeni hadisədir! Ge­din, yer üzünü şərqdən qərbə kimi gəzin və baxın görün sizi səmavi xə­bə­ri öyrənməkdən məh­rum edən nədir!” Onlardan bir dəstə (Qırmızı dənizin şərq sahili boyu olan) Tihamə­yə tərəf getdi və (Məkkə ilə Taif arasında olan) Nəxlədə (Məkkənin yaxınlığında olan) Ukaz bazarına yolla­nan Peyğəm­bərə  rast gəldi. O, sə­habələ­ri ilə birlikdə Sübh namazını qılırdı. Cinlər Quranı eşitdikdə dayanıb qulaq asdılar və dedilər: “Vallahi, bizi səmavi xəbərdən məhrum edən budur”. Sonra onlar öz qövmünün yanına qayıdıb dedilər: “Ey qövmümüz! Biz çox qə­ri­bə bir Quran eşitdik. O, haqq yolu göstərir. Biz ona iman gətirdik və bir daha heç kəsi Rəbbimizə şərik qoşmaya­cağıq”. Uca Allah da Peyğəmbərinə : “De: “Mənə vəhy olundu ki,..” (əl-Cinn) surəsini na­zil etdi. Beləliklə də, cinlərin dedik­ləri vəhy vasitəsilə Peyğəmbərə  bildirildi”. )əl-Buxari, 773). 
Uca Allah buyurur:
“De: “Mənə vəhy olundu ki, cinlər­dən bir dəstə Quranı din­lə­dik­dən sonra öz tayfa­la­rı­na qayıdıb dedilər: “Həqiqə­tən, biz hey­rə­ta­miz bir Quran din­lədik! O, doğru yola yönəldir. Biz ona iman gətirdik və bundan son­ra əsla kim­səni Rəbbimizə şə­rik qoşmayacağıq. Doğrudan da, Rəbbi­mi­zin əzəməti çox yüksəkdir. O, nə zöv­cə, nə də öv­lad sahibi ol­mamışdır. Bizim səfehimiz İblis Alla­ha qarşı hədsiz yalanlar danı­şır. Biz elə güman edirdik ki, nə insanlar, nə də cinlər Alla­h barəsində əsla yalan söyləməzlər. Həqiqətən, insanlardan bə­ziləri cin­lərin bəzilərinə sı­ğı­nır­dı­lar. Bu isə onla­rın azğın­lığını artırırdı. Onlar da siz zənn etdiyi­niz kimi, elə düşünürdülər ki, Allah ölən­ləri di­riltməyə­cək­. Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-ya­xan alov­larla dolu olduğunun şahidi olduq. Halbuki daha öncə biz mələklərin söhbətinə qulaq asmaq üçün göyün bəzi yerlərində otu­rurduq. Amma kim indi onları dinləmək istə­sə, o, pus­quda göz­lə­yən yandırıb-yaxan alova rast gələr. Biz bilmirik, bununla yer­dəkilərə pislik etmək qəsd edil­miş­dir, yoxsa Rəbbi onları doğ­ru yola yönəltmək is­tə­mişdir? Əlbəttə, aramızda saleh əməl sahibləri də, onlar ki­mi ol­ma­yan­ları da var. Biz ay­rı-ayrı yollar tutmuşuq. Biz yəqin etdik ki, yer üzündə Allah­dan yaxa qurtara bil­mə­rik. Göyə qaç­malı olsaq da Onun əzabından yayı­na bil­mə­yə­cə­yik. Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən kəs, nə savabının azal­ma­sın­dan, nə də haqsızlığa uğra­maq­dan qorxar. Sözsüz ki, bizlərdən mü­səlman­lar da var, doğru yoldan sa­pan­lar da. Müsəlman olan şəxslər doğru yol tutan­lardır. Doğru yoldan sapanlar Cə­hənnəm üçün odun olacaq­lar”. (əl-Cinn, 1-15); “Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin ya­nı­na yolladıq. Onlar onu din­ləməyə gəldikdə bir-birinə: “Su­sun, qulaq asaq!”– dedilər. Qu­ran oxunub qurtardıqdan sonra isə xəbər­dar et­mək məq­sədilə öz tayfalarının yanına qayıtdı­lar. Onlar dedilər: “Ey qöv­mümüz! Biz, həqiqətən də, Mu­sadan sonra nazil edilmiş, özün­dən əvvəlkiləri təsdiqlə­yən, haq­qa və düz yola yönəl­dən bir Ki­tab dinlədik! Ey qövmümüz! Allahın dəvətçisini qəbul edin və ona iman gətirin ki, Allah sizin günah­la­rınızı bağışlasın və sizi ağrılı-acılı əzab­dan qur­tarsın!” (əl-Əhqaf, 29-31).

İbn Abbas deyir ki, peyğəmbərlikdən qabaq cinləri yanar ulduz təqib etməzdi, lakin yanar ulduz onları təqib etməyə başladıqda onlar nəyinsə buna səbəb olmasını axtarırdılar. Bu da peyğəmbərlikdən qabaq başlamışdır. Bu qadağa cinlərə Peyğəmbər ﷺ vəfat edəndən sonra götürülmüşdür. Yəni vəhy müddətinin enməsi dövründə cinlər heç bir məlumatı səmadan oğurlaya bilmirdilər.
Abdullah ibn Abbas rəvayət edir ki, Allah Elçisinin ənsarlardan olan səhabələrindən bir kişi demişdir ki, onlar bir gecə Allah Elçisi ilə birgə oturduqları vaxt bir ulduz düşərək göy aydınlaşdı. Allah Elçisi onlara dedi: “Siz cahiliyyə dövründə bunun kimi ulduz düşdükdə nə deyirdiniz?” Onlar dedilər: “Allah və Onun Elçisi daha yaxşı bilər. Biz: “Bu gecə bir əzəmətli insan anadan olub və ya ölüb!” deyərdik. Allah Elçisi belə buyurdu: “O, kiminsə ölümü və ya həyatına görə düşmür. Uca Allah bir işi əmr etdikdə, Ərşi daşıyan mələklər təsbih edər, sonra onların ardınca səma əhli təsbih edər və nəhayət, bu təsbih dünya səmasının əhlininə gəlib çatar. Sonra Ərşi daşıyan mələklərin ardınca gələn səma əhli Ərşi daşıyan mələklərə: “Rəbbiniz nə dedi?” deyə söyləyərlər. Onlar da xəbər verərlər. Beləcə səma əhli bir-birinə xəbər verə-verə nəhayət xəbər gəlib dünya səmasının əhlinə çatar. Cinlər bu söhbəti oğurlayaraq öz dostlarına çatdırarlar və onlar bununla (ulduzla) vurularlar. Onu necə var elə çatdırsalar, bu haqq olar, lakin onlar onu qarışdırır və artırırlar”. (Muslim, 2229, 4136, 5955).

Paylaş: