Evdən çıxarkən və ya evə daxil olarkən hansı ayaqla addım atmaq lazımdır?

    21.06.2024
Kimdən: 
Sədaqet
Sual: 
Salam.Destamaz alarken ve eve girerken ilk önce sağ ya sol ayaq atılmalıdır,bes çıxarken? Hansı.teşekkürler
Cavab: 

Və aleykum Salam. Dinimizin qoyduğu qaydalardan biri budur ki, dəstəmaz almaq, yemək, içmək, salam vermək, məscidə daxil olmaq kimi hörmətli işlərdə sağ tərəfə üstünlük verilir. Ayaqyoluna daxil olmaq, övrəti yumaq kimi işlərdə isə sol tərəfə üstünlük verilir. Evə daxil olmaq və ya evdən çıxmaq bunlardan heç birinə aid deyil. Həmçinin bu barədə dinimizdə də bir şey buyurulmayıb. Odur ki, evdən çıxarkən və ya evə daxil olarkən həm sağ, həm də sol ayağı atmaq olar. Bəzi alimlər hər iki halda (həm çıxarkən, həm də daxil olarkən) sağ ayağı atmağı müstəhəb görmüşlər. Həmçinin oxuyun:

Paylaş: