İslamı hamıdan qabaq qəbul edənlər

    18.05.2024

Xədicənin İslamı qəbul etməsi

 
Allah Elçisinin ﷺ dəvəti ilə ilk İslamı qəbul edib müsəlman olmaq şərəfinə nail olan Xədicə bint Xuveylid olmuşdur. O, Allah tərəfindən gələn vəhylərə inanıb, Onun Muhəmmədin üzərinə qoyduğu bu ağır işin yerinə yetirilməsinə yardım etdi; Allaha, Onun Peyğəmbərinə və Onun tərəfindən gələn vəhylərə qadınlardan ilk iman gətirən Xədicə oldu. Xədicəni dayaq etməklə Allah Öz Peyğəmbərinin ﷺ işini yüngülləşdirdi. Hər dəfə ünvanına söylənilmiş xoşagəlməz sözlər eşitdikdə və yalançılıqda ittiham edildikdə Peyğəmbər üzülmüş halda Xədicənin yanına gələr, Xədicə də ona təskinlik verib, kədərinə şərik çıxar, sözlərinin haqq olduğunu təsdiqləyib adam­ların nalayiq hərəkətlərinə səbirlə dözməkdə ona dəstək olardı. (İbn Hişam, 2/77).
 

Əli ibn Əbu Talibin İslamı qəbul etməsi

 
Rəvayət edilir ki, Qureyş tayfası çox ağır vəziyyətə düşmüşdü. Əbu Talibin külfətinin də güzəranı ağır idi. Allah Elçisi ﷺ Haşim tayfasının varlı şəxslərindən biri olan əmisi Abbasa dedi: “Ey Abbas! Qardaşın Əbu Talibin külfəti böyükdür. Gördüyün kimi, onlar çətin vəziyyətlə üzləşiblər. Gəl, səninlə bərabər əmimin yanına gedək va onun yükünü bir az yüngülləşdirək - onun oğullarından birini man, birini də sən götür!” Abbas razılaşdı. Əmi-qardaşoğlu Əbu Talibin yanına gəlib dedilər. “Güzəranın yaxşılaşana qədər sənin ailənin yükünü yüngülləşdirmək istəyirik”. Əbu Talib dedi: “Aqili yanımda saxlayın, qalan oğullarımdan isə hansını istəyirsiniz götürün!” Allah Elçisi ﷺ Əlini, Abbas isə Cəfəri götürüb özü ilə evinə apardı. Allahın Elçisinə Uca Allah tərəfindən peyğəmbərlik gələnə qədər Əli onun yanında qaldı. O, Allahın Elçisinə ilk iman gətirən və ona ilk inanan şəxs oldu. Cəfər də İslamı qəbul edənə və atasının vəziyyəti yaxşılaşana qədər əmisi Abbasın yanında qaldı. Əli İslamı qəbul edəndə on yaşı var idi. (İbn Hişam, 1/282, 2/85; əl-Hakim, 2522).
 

Zeyd ibn Harisənin İslamı qəbul etməsi

 
Rəvayət edilir ki, Zeyd ibn Harisə Həkim ibn Hizam ibn Xuveylidin Şamdan gətirdiyi çoxsaylı kölələrdən biri idi. Həkim ibn Hizamın bibisi, Xuveylidin qızı Xədicə - bu zaman o artıq Allah Elçisinin ﷺ xanımı idi - onun yanına gəlmişdi. Həkim bibisinə dedi: “Bibi, bu qullardan hansını istəyirsənsə, seçib özünə götür! O sənindir!” Xədicə Zeydi seçdi və özü ilə evə gətirdi. Allah Elçisi Zeydi Xədicənin yanında görüb bu gənci ona bağışlamasını istədi. Xədicə də onu Allah Elçisinə ﷺ bağışladı. Allah Elçisi Zeydi azad edib, onu övladlığa götürdü. Bu hadisə Allah Elçisinə ﷺ vəhy gəlməzdən əvvəl olmuşdur. Zeydin atası Harisə oğlunu itirməsindən çox üzülmüş, ağlamış, sonra onun dalınca Məkkəyə gəlmişdi. Bu zaman Zeyd artıq Allah Elçisinin yanında idi. Allah Elçisi ﷺ Zeydə dedi: “İstəyirsən yanımda qal, istəmirsənsə atanla get!” Zeyd dedi: “Mən sənin yanında qalmaq istəyirəm”. Uca Allah Muhəmmədə peyğəmbərlik verənə qədər Zeyd onun yanında qaldı, peyğəmbərliyinə inandı, ona iman gətirdi və onunla birlikdə namaz qıldı. (İbn Hişam, 2/87-88). Zeyd ibn Harisənin doğma atası onun Məkkədə olduğunu öyrənmişdi. Bu səbəblə gəlib Peyğəmbəri ﷺ tapır və öz oğlunu istəyir. Peyğəmbər ﷺ Zeydə seçim etmək ixtiyarı verərək buyurur: “İstəyirsən, mənim yanımda qal. İstəyirsən də atanla birlikdə gedə bilərsən”. Zeyd isə Peyğəmbəri seçir. (İbn Hişam, 1/284; ət-Tabərani “Mucəmul-Kəbir” 4519). Aişə O rəvayət edir ki, Peyğəmbər ﷺ Zeydi oğulluğa götürdüyü kimi Pey­ğəm­bərlə ﷺ birlikdə Bədrdə iştirak etmiş Əbu Huzeyfə ibn Utbə ibn Rabia ibn Abdişəms də ənsardan olan bir qadının köləlikdən azad etdiyi Salimi oğul­luğa götürmüş və onu qardaşı qızı Hind bint Vəlid ibn Utbə ibn Rabia ilə ev­lən­dirmişdi. Cahiliyyə dövründə bir adam kimisə oğulluğa götürərdisə, in­san­lar uşağın həmin adamın oğlu olduğunu iddia edər və onun qoyub get­di­yi mirasdan oğulluğuna da pay düşərdi. Nəhayət, Allah (bu ayəni) nazil et­di: (Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında da­ha ədalətlidir. Atalarını ta­nı­ma­sanız, onlar sizin din qar­daş­la­rınız və yaxınlarınızdır” (əl-Əhzab, 5). Beləliklə də, oğulluğa götürülən kimsələri öz atalarının adı ilə çağırmağa başladılar, atalarının kim olduğu bilinməyən kim­sələri isə yaxın adam və din qardaşı hesab etdilər. O vaxt Əbu Huzeyfə ibn Utbənin həyat yoldaşı Səhlə bint Suheyl ibn Amr əl-Quraşi əl-Amiri Pey­ğəm­bərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, biz Salimin oğlumuz ol­du­ğu­nu güman edirdik. İndi isə Allah bu xüsusda sənə bildiyin bu ayəni nazil et­di...”. (əl-Buxari, 4000, 5088; Əbu Davud, 2061). Bu şəxlərlə yanaşı Peyğəmbərin ﷺ qızları da İslamı qəbul etmişdilər, lakin bu şəxslərin hamısı onun evinin əhli idilər. Evindən kənar olan isnanlardan isə İslamı qəbul edən ilk insan Əbu Bəkr əs-Siddiq oldu.
 

Əbu Bəkr əs-Siddiqin İslamı qəbul etməsi

 
Əbu Bəkr Peyğəmbərin ﷺ ən yaxın dostu idi və ondan iki yaş yarım kiçik idi. Rəvayət edilir ki, Əbu Bəkrin əsil adı Abdullahdır, lakin ona Atiq ləqəbi verilmişdi. Bu da onun yaraşıqlı, sifətinin gözəl olmasına görə idi. Əbu Bəkr İslamı açıq-aşkar qəbul etdi, başqalarını da Allaha və Onun Elçisinə iman etməyə çağırdı. Gözəl xasiyyəti, əliaçıqlığı, xeyirxahlığı ilə şöhrət qazanan Əbu Bəkr öz qohum-əqrabası içində şərəfli, adlı-sanlı və həlim bir şəxs kimi tanınır, Qureyşin əsil-nəsəbini ən gözəl biləni, ən savadlı şəxs hesab olunurdu. (İbn Hişam, 2/88-89). Rəvayət edilir ki, Əbu Dərda t demişdir: “Bir dəfə mən Peyğəmbərin ﷺ ya­nında oturmuşdum. Bu vaxt Əbu Bəkr paltarının ətəyini dizindən yuxarı qaldır­mış halda Peyğəmbərin ﷺ yanına gəldi. Peyğəmbər ﷺ buyurdu: “Dostu­nuza gəlincə, o (kiminləsə) mübahisə edib”. Əbu Bəkr salam verdi və dedi: “Mənimlə (Ömər) ibn Xəttabın arasına mübahisə düşdü və mən onunla ko­bud danışdım. Sonra peşman oldum və ondan üzr dilədim, lakin o məni ba­ğışlamadı. Odur ki, sənin yanına gəldim. Peyğəmbər ﷺ üç dəfə dedi: “Allah səni bağışlasın, ey Əbu Bəkr!” Sonra Ömər (öz hərəkətindən) peş­man oldu və Əbu Bəkrin evinə gəlib: “Əbu Bəkr evdədirmi?”– deyə so­ruş­du. Ona: “Xeyr!”– dedilər. Sonra o, Peyğəmbərin ﷺ yanına gəlib salam verdi. Əbu Bəkr Peyğəmbərin ﷺ üzündə narazılıq hissini görəndə Ömərə yazığı gəldi və diz çöküb iki dəfə dedi: “Ey Allahın Elçisi, mən daha çox haqsız­lıq etmişəm!” Pey­ğəmbər ﷺ buyurdu: “Həqiqətən, Allah məni peyğəmbər göndərdi. Siz: “Sən yalan danışırsan”– dediniz. Əbu Bəkr isə: “O doğru danışır!”– dedi, üstəlik canı və malı ilə məni dəstəklədi. Siz mənim dostumun (xətrinə dəy­mə­yə) son qoymayacaqsınızmı?!” O bunu iki dəfə təkrar etdi. (Bu ha­di­sə­dən) sonra onun xətrinə dəyən olmadı”. (əl-Buxari, 3388, 3661).
 

Paylaş: