Dinimizə görə toy gününün ertəsi "üzə çıxdı" mərasimi etmək olarmı?
Sual:
Əssələmu aleykum. Üzr istəyirəm belə bir adət var toy edənə üçün deyirlər sabah üzü çıxdı edilir. Belə bir şey etmək düzgündürmü ? Mümkündürsə sualıma hal hazırda cavab yazardız
Cavab:
Və aleykum Salam. Ümumiyyətlə dinimiz şəriətə müxalif olmayan adət-ənənələri qadağan etmir. Əgər qeyd etdiyiniz adət şəriətə müxalif bir adət deyilsə, yəni bu adətdə şəriətə müxalif hər hansı bir əməl (müsiqi, içki və s.) yoxdursa, bu adəti etməkdə bir qəbahət yoxdur. Həmçinin oxuyun: