İnsanların seçimi və iradəsi varmı?
Aleykum salam. Bəli, insanın istəyi, iradəsi və seçimi vardır. Lakin bununla belə, Uca Allahın istəyindən kənara çıxmır. Uca Allah buyurur: "Allah istəmədikcə, siz istəyə bilməzsiniz!" (ət-Təkvir, 29).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Siz əməl edin. Hər kəs yaradıldığını etməyə müyəssər edilmişdir". (əl-Buxari və Muslim).
Uca Allah bizə doğru ilə səhvi ayırd etmək üçün ağıl, eşitmə və görmə qabiliyyəti vermişdir. Heç ağıllı insan da oğurluq edib sonra: "Bunu Allah mənim qədərimə yazıb" - deyərmi?! Əgər o belə desə, insanlar yenə də onu üzürlü hesab etməz, əksinə, cəzalandırılar və deyilər ki, elə bu cəzanı da Uca Allah sənin qədərinə yazmışdır. Qədəri dəlil götürmək, yaxud onunla üzrxahlıq etmək olmaz. Bu bir uydurmadır. Uca Allah buyurur: "Müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də öz peyğəmbərlərini belə təkzib etmişdilər...". (əl-Ənam, 148). Daha ətraflı: Qədəri bəhanə gətirənlərə cavab