İslamda "piercing" icazəlidirmi?

    04.08.2024
Sual: 
Salam piercing islamda icazelidirmi?Bedenin istenilen yerine etdirmek olarmı?Qulağa sırğa taxmağın qadağan olmadığını bilirem,bes qulağı bir neçe defe deşdirmek olarmı?
Cavab: 

Və aleykum Salam. Piercing - bədənin müxtəlif yerlərinə bəzək üçün sırğa və ya buna bənzər bəzək əşyaları taxmaqdır. Əvvəla bunu qeyd edək ki, İslam qaydalarına görə bədəni deşib sırğa və digər bəzək əşyaları taxmaq kişilərə qadağandır, qadınlara isə icazəlidir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) özlərini qadınlara oxşadan kişiləri və özlərini kişilərə oxşadan qadınları lənətləmişdir". (Səhih əl-Buxari, 5546; ət-Tirmizi, 2784). Ətraflı oxuyun:

Kişilərə üzük, bilərzik və zəncir (sep) taxmaq icazəlidirmi?


Qadınlara isə bədənin hər hansı bir yerini deşib zinət əşyası asmaq müəyyən şərtlər daxilində icazəlidir. Bu şərtlər aşağıdakılardır:

  1. Bu zinətlər naməhrəmlərin gördükləri yerlərdə (burun, dodaq kimi) olmamalıdır. 
  2. Kafirlərə və fasiqlərə (günah sahiblərinə) bənzəməməlidir. Çünki bədənin bəzi yerlərini deşib zinət asmaq xüsusən bəzi kafirlərin və ya fasiqlərin adətidir. Peyğəmbər (Allahın ona və ailəsinə salavat və salamı olsun) buyurur: "Kim özünü bir qövmə (xalqa, millətə) oxşadarsa, o da onlardandır". (Əbu Dəvud, 4033). 
  3. Bədənə zərər verməməlidir. Çünki bəzən dodaq və ya dil kimi, bədənin müəyyən yerlərini deşib zinət taxmaq bir müddət sonra insanın səhhətinə mənfi təsir göstərə bilər və ya fəsada səbəb ola bilər. 

Yuxarıda qeyd olunan şərtlər daxilində bədənin hər hansı bir hissəsini deşməklə zinət əşyası asmaq icazəlidir. 

Teqlər: 
Paylaş: