Aramızda ixtilaf baş verərsə, nəyə və kimə müraciət etməliyik?
Sual:
Salam aleykum. Aramızda ixtilaf baş verərsə, nəyə müraciət etməliyik?
Cavab:
Aleykum salam. İxtilaf baş verdikdə Allahın kitabı və Peyğəmbərinin (salləllahu aleyhi və səlləm) sünnəsinə (səhih hədislər) müraciət etməliyik. Uca Allah buyurur: "Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!" (ən-Nisa, 59).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mən sizə iki şeyi: Allahın kitabını və Peyğəmbərinin sünnəsini – qoyub gedirəm. Siz onlardan tutunduqca yolunuzu azmazsınız". (İmam Əhməd).