Tövhidin neçə qismi var?
Sual:
Assalamu aleykum exiler. Tövhidin neçə qismi var?
Cavab:
Aleykum salam. Tövhidin üç qismi var:
1) Rübubiyyə tövhidi: Mənası, Uca Allahı yaratmaq, ruzi vermək, diriltmək və sairə bu kimi felləri ilə tək tutmaq. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) göndərilmədən öncə kafirlər bu qism tövhidi qəbul edirdilər.
2) Uluhiyyə tövhidi: Mənası, Allah Təalanı namaz, nəzir, sədəqə və sairə bu kimi ibadətlərlə tək tutmaq deməkdir. Uca Allahı ibadətdə tək tutmaqdan ötrü peyğəmbərlər göndərilmiş, kitablar nazil olmuşdur.
3) Ad və sifətlər tövhidi: Mənası, Allah və rəsulunun isbat etdikləri gözəl adları və uca sifətləri heç bir təhrifə, inkara, keyfiyyətə və oxşatmaya varmadan olduğu kimi Uca Allaha aid etməkdir.