Peyğəmbərin səhabələrinə münasibətimiz necə olmalıdır?

    23.06.2014
Sual: 
Salam. Necesiz? Deye bilersinizmi Peyğəmbərimizin (s.a.s) eshabelerine münasibətimiz necə olmalıdır?
Cavab: 

Aleykum salam. Biz, onları sevməli, onlar üçün Uca Allahdan razılıq diləməli, onlara qarşı qəlbimizi və dilimizi salamat tutmalı, onların xeyirli işlərini yaymalı, etdikləri mənfi işlərə və aralarında baş verən söz-söhbətə qarışmamalıyıq: "Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız". (əl-Bəqərə, 134).
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Mənim səhabələrimi söyməyin. Nəfsim əlində olana and olsun, əgər sizlərdən biriniz Uhud dağı qədər qızıl sədəqə edərsə, bu, onların xərclədikləri bir və ya yarım ovuca çatmaz”. (Buxari və Müslim).
Allah bütün səhabələrdən razı olsun.

Teqlər: 
Paylaş: