Bir insanın üzünə onun xoşuna gəlmədiyi bir sözü demək qeybət sayılırmı?

    04.08.2024
Sual: 
Salam Aleykum. Mən bildiyim qədərilə Qeybət gizlində edilən yəni haqqında danışılan şəxs orda olmadıqda olur. Amma eşitmişdimki, həmin adamın üzünə qarşıda xoşlanmadığı şəkildə həqiqətləri deyəndə buda qeybət olur. Bunun doğruluq payı nə qədərdir?
Cavab: 

Və aleykum Salam. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bir hədisdə qeybətin tərifini bildirərək belə buyurmuşdur: "Qeybət, qardaşının xoşlamayacağı bir şeyi onun haqqında danışmaqdır" (Muslim, 2589). Hədisdən görünür ki, bir müsəlmanın xoşuna gəlmədiyi bir sözü onun üzünə demək də qeybət sayılır. Adətən qeybət barəsində danışılan şəxs olmadığı halda edildiyi üçün "qeybət" adlanmışdır. Qeybət barədə ətraflı oxuyun:

Qeybət etmək haqqında​​​​​​​
Paylaş: