Qadınların Cəhənnəm əzabı haqqında yaza bilərsinizmi?

    02.06.2014
Kimdən: 
Məryəm
Sual: 
Salam aleykum. Qiyamət gunu qadInlarIn Cəhənnəm ezabIndan yaza bilərsiz?
Cavab: 
Və aleykum Salam. Bu haqda Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) bəzi hədislər rəvayət olunmuşdur: "(Bir dəfə) mən Cənnətin qapısında durdum. Ora daxil olanların əksəriyyəti kasıblar idi. Varlılar isə (sor­ğu-sualları qurtaranadək və) Cəhənnəm əhli atəşə giriftar olanadək lən­gi­­dilər. Sonra mən Cəhənnəmin qapısında durdum və ora girənlərin ço­xu­nun qadınlar olduğunu gördüm". (əl-Buxari, 5196)
Digər bir rəvayətdə isə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur:"Ey qadınlar! Sədəqə verin! Çünki mənə Cəhənnəm əhlinin əksəriy­yə­tinin siz qadınlar olduğu göstərildi". Qadınlar: "Nəyə görə, ya Rəsulul­lah?" - deyə so­ruşdular. Peyğəm­bər (salləllahu aleyhi və səlləm) buyurdu: "Çünki siz (insanları) tez-tez lənət­lə­yir və ərlərinizə qarşı nankor­luq edirsiniz...". (əl-Buxari, 304).
Teqlər: 
Paylaş: