İnsan dünyaya imtahan üçün gəlibsə, uşaq ikən ölənlərin birbaşa Cənnətə düşməsi ədalətsizlik sayılırmı?

    16.08.2024
Kimdən: 
İbrahim
Sual: 
Salam Aleykum eyer biz bu dünyaya sınaq üçün gelmişikse uşaq yaşında rehmete geden bir insan niye cennete düşür bu edaletsiz olmazmı?sınaqa gelmiyen biri sınaqdan keçmir axı
Cavab: 

Və aleykum Salam. Uşaq həddi-büluğa çatana qədər onun üzərindən qələm götürülmüşdür, yəni etdiyi əməllərə görə ona günah yazılmır. Allah Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır): Dəli ağıllanana qədər, yatan (yuxuda olan) oyanana qədər və uşaq həddi büluğa çatana qədər". (Əbu Davud, 4380). Bu səbəbdən Qiyamət günü onlar üçün haqq-hesab olmayacaq. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: