Ətrafımdakı insanların məni "seyid" adlandırdığına görə mən günah qazanıram?

    29.07.2024
Sual: 
Salam aleykum.ALLAH sizin elminizi bereketli etsin! Men işlediyim yerdə mene seyid deyirler çoxsu men onlın çoxsunu başa sala bilmirem ki men seyid deyilem Ümiyyətle heç Dünyada belkəm seyi qalmayıb. Deyirlerki senin her emelin düzdü esil seid sensen. Mendə istemirem mene hele müraciet etsin. Biri gelir deyir seid cehdive qurban olum bu söz meni qıçığlandırır az qalır dava salım bilirem ko hele sözler demək olmaz.Hər cüre başa salıram Başa düşmürler.Men nece edimki, bunu demekdən əl çeksinle?
Cavab: 

Və aleykum Salam. İnsanlar arasında "seyid" dedikdə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) nəsəbcə əhli-beytindən olan insanlar nəzərdə tutulur. Ətrafınızda olan insanlara Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) nəslindən olmadığınızı və hətta bir insan əhli-beytdən olsa belə ona "cəddinə qurban olum!" deməyin doğru olmadığını izah edin. Sizin üzərinizə düşən sadəcə budur, bundan sonra yenə kimsə belə deməyə davam edərsə, buna görə sizə günah yazılmır. Həmçinin oxuyun:

Seyyid anlayışı doğrudurmu?

Teqlər: 
Paylaş: