Cənnətdə qadınlar ərlərini hurilərə qısqanacaqlarmı?

    05.08.2024
Kimdən: 
Amin
Sual: 
Salam. Sizə bir başqa sualım var. Quranda möminlərin cənnət huriləri ilə evlənəcəyi deyilir. Məsələn bir kişi və bir qadın bu dünyada əməlisalehdiləf və cənnətdə əgər ikisidə olacaqlarsa, həmin kişi və qadən orda ər arvad ola bilməzlərmi? Yəni kişinin öz qadənə ola ola huri ilə evlənmək kişinin öz qadınına qarşı gəlməzmi? İkinci sualəm budur ki,"Əl Kafi, Nurus Səqğleyn, Biharul Ənvar,Mişkətul Ənvar" və s hədis kitablarını oxumaq olarmı? Yəni etibarlı mənbə sayəlırmı? Əvvəlcədən təşəkkür edirəm.
Cavab: 

Və aleykum Salam.

1) Dünyada ər-arvad olan çütlüyün hər ikisi Cənnətə düşərsə, orada da ər-arvad olaraq qalacaqlar. Uca Allah bu xüsusda buyurur: "O kəslər ki, Rəbbinin Üzü­nü di­ləyərək səbir edir, namaz qı­lır, onlara verdiyimiz ruzi­dən gizli və aşkar xərc­ləyir və pis­liyi yax­şılıqla dəf edirlər. On­lar üçün Axirət yurdu – əməlisaleh ataları, zöv­cə­­ləri və öv­ladları ilə birlikdə da­xil ola­caqları Ədn cən­nətləri ha­zırlan­mışdır. Mələklər bütün qapılar­dan onların yanına da­xil olub deyə­cəklər: “Səbir etdiyinizə görə si­zə salam ol­sun! Axirət yur­du­nuz ne­cə də gözəl­dir!" (ər-Rad, 22-24). İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayələri təfsir edərək deyir: "Uca Allah gözləri aydın olsun deyə, atalarından, ailələrindən, övladlarından iman gətirib Cənnətə layiq olan sevdiklərini də onlara qovuşdu­racaq. Belə ki, Uca Allah bir nemət və lütf olaraq yüksək mərtəbəyə nail olanın dərəcəsini azaltmayacaq, aşağı mərtəbədə olanı yuxarı mərtəbəyə yüksəldəcək". 

Lakin kişilərə Uca Allah mükafat olaraq huri qadınlar vəd edir. Uca Allah bu xüsusda buyurur: "Allahdan qorxanlar isə təhlü­kə­siz bir yerdə – bağçalarda və çeşmələr başında olacaqlar! Taftadan və atlazdan li­baslar ge­yib qarşı-qarşıya əylə­şəcək­lər. Bax belə! Üstəlik, onları iri qa­ra ­gözlü hurilərlə də ev­lən­di­rə­cə­yik" (əd-Duxan, 51-54).

Kişilərin öz həyat yoldaşlarından əlavə hurilərlə evlənməsi həyat yoldaşlarında qısqanclıq hissi yaratmayacaq və bu onları narahat etməyəcək. Əksinə, qadın razı qalacaq və şad olacaq. Çünki hurilər Cənnətə düşən ər-arvadın xidmətçiləri olacaq. Həmçinin Uca Allah Cənnətə girən insanların qəlblərində paxıllıq, kin-küdurəti, qısqanclıq kimi hisləri çıxaracaq. Uca Allah buyurur: "Sözsüz ki, müttəqilər cən­nətlərdə və çeşmələr ba­şın­da ola­caq­lar. Onlara deyiləcək: “Oraya sağ-sala­mat və xatircəmliklə da­xil olun!” Biz onların köksündəki kin-kü­durəti çıxarıb kənar et­dik. On­lar taxtlar üstündə qarşı-qarşıya oturan qar­daş­lar ola­caq­lar" (əl-Hicr, 45-47). 


2) Bizə görə adları qeyd olunan kitablar etibarlı mənbələr sayılmır.

Paylaş: