Əmi və dayı məhrəm sayılırmı və digər suallar

    07.06.2014
Sual: 
Salam aleykum.1.Emi ve dayi mehrem sayilirmi?2.Men sehven dostuma verdiyim vedi pozmusham,ona sirrini hechkime vermeyeceyine dair and ichmishdim.Diger bir dostuma bu haqda dedim,amma inanin Allaha unutmushdum andimi.O zamandan beri ozumu chox pis hiss edirem,ozumu gunahkar sayiram.Yadima axiet dushur,emel defterimde bunun qeyd olunacaqi fikri gelir.Men ne ede bilerem?Gunahimi nece yuyum?3.Eger valideynlerim hicab baqlamaqima icaze vermirlerse,onlarin razilashacaqi ani sebr ederek gozleyiremse o zaman Allah qarshisinda yene de gunahkar sayilarammi?5.Bu suallari cavablayanlar icherisinde qadinlar da varmi?
Cavab: 

Aleykum salam.
1) Birinci sualın cavabını ətraflı şəkildə buradan oxuyun: Əmi və dayı qadın üçün məhrəm sayılırmı?
2) Bilmək lazımdır ki, heç bir bəndə məsum (günahsız) və xətasız (səhvsiz) deyil. Hər bir kəsin bəlli vaxtlarda bilərəkdən və ya bilməyərəkdən müəyyən günahları və xətaları olur. Təbii ki, sizin özünüzündə qeyd etdiyiniz kimi, siz bu səhvə bilmədən unutqanlığınızdan dolayı yol vermisiniz. Uca Allah buyurur: "...Bilmədən səhvən etdiyiniz əməllər görə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzəb, 5); "...Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma...". (əl-Bəqərə, 286).
Günahınızı necə yumağa gəlincə peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Hər bir Adəm övladı xəta (günah) edəndir. Onların ən xeyirliləri isə tövbə edənləridir".
Sizdə inşallah "əstəğfirullahə va ətubu ileyhi - Allahdan bağışlanma diləyib ona tövbə edirəm" deyərək Uca Allahdan bu və digər günah və xətalara görə bağışlanma diləyib və beləlikdə hədisdə keçən Uca Allahın tövbəkar bəndələrdən olun. Həmçinin bağışlanma üçün peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu dualarını edə bilərsiniz: "Allahummə inni zaləmtu nəfsi zulmən kəsiran, va lə yəğfiru-z-zunubə illə əntə, fə-ğ-fir li məğfiratən min indikə va-r'həmni, innəkə əntə-l-ğafurur-rahim", (Allahım! Mən özümə çoxlu zülm etdim. Günahları yalnız Sən bağışlayırsan. Özün gü­nahımdan keçməklə məni bağışla və mənə rəhm et! Həqiqətən, Sən Bağış­layan­san, Rəhmlisən!).
"Allahummə-ğ-fir li mə qaddəmtu, va mə əxxartu, va mə əsrartu, va mə ə'lən­tu, va mə əsraftu, va mə əntə ə'ləmu bihi minni. Əntə-l-muqaddimu, va əntə-l-mu­əxxiru, lə illəhə illə əntə", (Allahım! Əvvəl etdiyim və sonra edəcə­yim, gizlin saxladığım və üzə çıxar­dığım, xəta et­diyim və məndən daha yaxşı bildiyin (pis) əməllərimi bağışla! Əvvələ çəkən də Sən­sən, təxirə salan da Sənsən. Səndən başqa məbud yoxdur!).
Bundan əlavə siz dostunuzdan buna görə üzrhaqlıq istəyib halallıq almanızda yaxşı olardı və bu məsələni kimə danışmısınızsa, ona deyin ki, bu elə aranızda sirr olaraq qalsın və bu haqda heç kimə heç nə danışmasın.
3) Onların razılaşacağı günü gözləmək lazım deyil. Çünki peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Xaliqə asi olmaqda məxluqa itaət edilməz".
Həmçinin siz hər bir məsələdə bacardığınız qədər Uca Allahdan qorxub günahdan çəkinməyə çalışın. Uca Allah buyurur: "...Allahdan bacardığınız qədər qorxun...". (ət Təğabun, 16).
Hicab bağlayaraq onlara bunun Uca Allahın əmri olduğunu gözəl şəkildə izah etməyə çalışın, amma onlara qarşı qətiyyən həddi aşmayın. Onlarla əxlaqla rəftar edib, ədəblə və hikmətlə onları haqqa dəvət edəsiniz. Uca Allah buyurur: "Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125).
Onlara izah edin ki, hicab qadının isməti, namusu və zinətidir. Həmçinin, hicab Uca Allahın əmridir. Onların ixtiyarı yoxdur ki, Uca Allahın əmrinə qarşı çıxmağa sizə nəsə deyib hicab bağlamağınıza mane olsunlar. Ola bilsin ki, bu bir müddət belə olsun, amma inşallah sonradan düzəlsin. Bütün bunlarla yanaşı Uca Allaha səmimi qəlbdən yalvararaq çoxlu dualar etməyi isə əsla unutmayın.
4) Sualları cavablandıranların içərisində qadınlar yoxdur.

Teqlər: 
Paylaş: