Allahın "Zatı" dedikdə nə başa düşülür?

    22.08.2024
Kimdən: 
Aygun
Sual: 
Allahın zatı dedikde ne başa düşülür?
Cavab: 

Əssələmu aleykum. Lüğəvi mənada "zat" sözü bir şeyin mahiyyəti deməkdir. "Zat" sözü Uca Allaha nisbət olunduqda isə Uca Allahın Özü nəzərdə tutulur. Bir hədisdə Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Uca Allahın Özünü nəzərdə tutaraq "Zatul-llah" sözünü işlətmişdir. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "İbrahim (Ona salam olsun) yal­nız üç dəfə yalan danışmışdır. Bunlardan ikisi Qüdrətli və Əzəmətli Allahın Özü üçün idi..." (əl-Buxari, 3358). 

Paylaş: