Qadın boşanmaq istəmirsə, atası onu boşatdıra bilərmi?
Və aleykum Salam. Qadın ailə qurduqdan sonra boşanmaya ciddi səbəblər olmadığı təqdirdə, ərinin istəyi və razılığı olmadan heç kim onu boşatdıra bilməz. Əgər qadın ərindən razıdırsa və boşanmaq istəmirsə, qızın atası onu boşanmağa məcbur edə bilməz. Çünki nikah müqaviləsi ərin əlindədir və yalnız onun razılığı ilə boşanma ola bilər. Ər-arvadın uzun müddət ayrı qalmaları isə onların nikahını pozmur. İbn Əbu Hatim (Allah ona rəhmət etsin) rəvayət etmişdir ki, Şureyh demişdir: "Bir dəfə Əli ibn Əbu Talib (Allah ondan razı olsun) məndən nikah müqaviləsi olan kəs barədə soruşdu. Mən ona: "O, qadının vəlisidir (himayədarıdır)"- dedim. Əli (Allah ondan razı olsun) dedi: “Xeyr, o ərdir”. (əd-Dəraqutni, 3713, 3757; əl-Beyhəqi “Sunənul-Kubra” 14223, 14835). Həmçinin oxuyun: