Anam məndən incikli halda dünyasını dəyişib, ona necə yaxşılıq edə bilərəm?

    29.08.2024
Sual: 
Salam Menim anam rehmete gedib Sag iken munasibetimiz o gederde yaxsi deyidi.tez tez dalasardiq,ona cavab qaytarardim,ozumnen cixardim Indi ise cox pesmanam Allah ve anam meni bagislasin deye ne ede bilerem Anam rehmete getmeseydi onnan halliq isteyer meni bagislamasi ucun yalvarardim amma teesuf ki rehmete gedib Allaha tovbe edib anama dualar edir,hediyye namazlari giliram.basqa ne ede bilerem
Cavab: 

Və aleykum Salam. Uca Allahdan ananız üçün bağışlanma diləyirik! Dinimizdə ölən insana hədiyyə namaz qılmaq kimi bir anlayış yoxdur. Ölən insana dua etmək, adından sədəqə vermək, habelə onun adından həcc və ümrə ütmək icazəlidir. Allahın Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Öləndən sonra kişiyə ən xeyirli olan bu üç şeydir; onun üçün dua edən (bağışlanma diləyən) əməlisaleh övlad, mükafatı kəsilməyən sədəqə və özündən sonra qoyub getdiyi faydalı elm". (Muslim, 1631). Bu barədə ətraflı oxuyun:

Teqlər: 
Paylaş: