Hansı kolbasalar halal sayılır?

    07.06.2014
Sual: 
Assalamu aleykum sualim beledir hansi kolbasalar halaldir? ALLAH razi olsun.
Cavab: 

Aleykum salam. Ümumiyyətlə bu məsələdə şəriət qaydası budur ki, əldə haramlığına dair qəti bir şübhə və ya bir əsas olmadıqca, üzərində yazılan halal sözünə, kəsənin və yaxud satanın halal kimi təqdim etməsinə etibar olunur. Əgər o yalan danışsa, bu halda alıcıya günah yazılmır. Həmçinin şəriətə əsasən, yediyimiz ətin kəsilməsi zamanı "bismilləh" deyildiyini bilmiriksə, bu zaman yaşadığımız ölkədə ümumən ətin "bismilləh" deyilərək kəsildiyinə baxırıq. Əgər belədirsə, onda yemək olar.

 

Paylaş: