Orqan bağışlamaq olarmı?

    07.06.2014
Sual: 
Salam, men sizden orqan bagişlanmasi haqqinda soruşacaqdim. Quran ve hedislerde orqan bagişi vesiyyet etmenin dogru ve ya yalniş oldugu haqqda bir melumat var mi? Evvelceden teşekkurler.
Cavab: 

Aleykum salam. İslam şəriətinə əsasən, sağ ikən orqan bağışlamaq olar. Burada şərt qoyulur ki, həmin orqanın çıxarılması sahibinin həyatına təhlükə yaratmasın və həyatını əvvəlki kimi kamil şəkildə yaşaya bilsin. Məsələn, dəri kimi özünü bərpa edə bilən orqanların verilməsi və ya böyrək kimi sayı iki olan orqanların birinin verilməsi icazəlidir. Göz iki dənə olsa da, onun verilməsi icazəli deyil, çünki gözünün birini verən şəxs həyatını əvvəlki kimi yaşaya bilməyəcək. Heç bir halda orqan satmaq olmaz və bu, haram hesab olunur. İslam dini insanın səhhətinin qorunmasına, dərdlərə dəva tapılmasına böyük önəm vermişdir. Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Ey Allahın bəndələri! Xəstəliklərin müalicə yollarını axtarın. Bunu bilin ki, Allah, əlacını yaratmadığı heç bir xəstəlik yaratmamışdır. Sadəcə bir xəstəliyin əlacı yoxdur. Yanındakı səhabələr “O hansı xəstəlikdir?” – deyə soruşduqda, Rəsulullah (salləllahu aleyhi və səlləm) “ixtiyarlıq çağı” (qocalıq) – cavabını verdi". (Buxari, Əbu Dəvud, Tirmizi, İbn Məcəh).
Həmçinin oxuyun: Öldükdən sonra orqran bağışlamaq olarmı?

Teqlər: 
Paylaş: