Əzadarlıq haqqında

    23.12.2013
Sual: 
Salam aleykum. Namaz qilmaq ve qelbimde İmam Huseyin sevgisi, ona aglayan ezadar olarmi? Yoxsa ziyaretine getmek ezadardi? Ve birde onun yasina gore qara rengde libas geyine bileremmi? Yeni, sevgi elameti olaraq.
Cavab: 

Və aleykum Salam. İslam dinində əzadarlıq anlayışı yoxdur. Həmçinin, ölən insan üçün - istər Peyğəmbər, səhabə, övliya, imam olsun - hər il yas saxlamaq, ildönümü qeyd etmək, özünə əziyyət vermək, mərsiyə demək qəti qadağandır. Rəvayət edilir ki, Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: "Sə'd ibn Ubadə xəstələndiyi zaman Peyğəmbər (salləllahu aleyhi və səlləm) Abdur-Rəhman ibn Avf, Sə'd ibn Əbu Vəqqas və Abdullah ibn Məsud (Allah onlardan razı olsun) ilə birlikdə ona baş çəkdi. Xəstənin yanına daxil olduqda ailəsinin onun başına yığışdığını görüb soruşdu: "Öldümü?" Onlar: "Xeyr, ya Rəsulullah!" - deyə cavab verdilər. Peyğəmbər (Sə'di görəndə) ağladı. Oradakılar Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ağladığını gördükdə ağlamağa başladılar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Eşitmirsinizmi? Allah gözlərdən axan yaşa və qəlbin kədərlənməsinə görə (heç) kəsə əzab vermir. O ancaq buna görə ya əzab verir, ya da rəhm edir (deyə) dilinə işarə etdi. Həqiqətən, ölən adama ailəsinin onun üçün (fəryad edib) ağlamasından dolayı əzab verilir". (əl-Buxari, 1304).
"Üz-gözünə döyən, pal­ta­rı­nın yaxasını cıran və cahiliyyət dövründə deyilən sözləri deyən kimsə biz­dən deyildir". (əl-Buxari, 1294).
"Kimin üçün vay-şivən salıb ağlasalar, buna görə ona əzab verilər". (əl-Bu­xari, 1291).
Həmçinin bunların və ya digər dünyasını dəyişən insanların ölümünə görə qara rəngdə libas geyinməkdə düzgün fikir deyil. Əslində bu və ya bu kimi fikirlər əsassız və batil inanclardan meydana gəlib. Namaz qılmağa və ya hər hansı bir ibadəti yerinə yetirməyə gəlincə isə, namaz ibadətdir. İbadətlər isə yalnız Uca Allahın rizası üçün edilməlidir.

Paylaş: