İsrail oğullarına inək və qoyun piyi haram edilmişdirmi?

    05.09.2024
Kimdən: 
Adil
Sual: 
Salam Aleykum. Cabir ibn Abdullah (A.R.O.) Fəth ilində Məkkədə olarkən Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Həqiqətən Allah və Onun rəsulu sərxoşedici içkilərin, ölmüş heyvanın, donuzun və bütlərin alıb-satılmasını haram edir. Orada olanlar dedilər: Ey Allahın elçisi, bəs ölmüş heyvanların piylərini necə? Onunla gəmilər rənglənir, quru dərilər yağlanır, insanlar ondan işıqlandırma üçün istifadə edirlər. Bu halda da olmaz? Peyğəmbər (S.A.V.) dedi: Xeyr, haramdır. Sonra sözünə əlavə edərək dedi:Allah,yahudiləri öldürsün!Allah, iki növ heyvanın(inəkvəqoyunun)piyini onlara haram etdikdə onlarpiyləri əridib satdılar və beləliklə ondanqazandıqlarını yedilər İnək vəqoyun niyə haramdı?
Cavab: 

Və aleykum Salam. Allah İsrail oğullarına inək və qoyunun piylərini haram etmişdi. Bizim ümmətə isə bu halaldır. Uca Allah bu xüsusda buyurur: "Yəhudilərə dırnaqlı hey­vanların hamısını haram etdik. İnək və qoyunun bel sütunla­rına və ya bağırsaqlarına ya­pı­şan, yaxud sümüklərə qarışan yağlar istisna olmaqla, onların piylərini də ha­ram etdik. Bu, həddi aş­dıqlarına görə on­lara verdiyimiz cəzadır. Şübhəsiz ki, Biz doğru danışanlarıq" (əl-Ənam, 146). İbn Kəsir bu ayənin təfsirində belə demişdir:

"Uca Allah buyurur: “Bu, həddi aş­dıqlarına görə on­lara verdiyimiz cəzadır”, yəni onlara bu məhdudiyyəti zülm etdiklərinə və əmrlərimizə qarşı çıxdıqlarına görə bir cəza olaraq qoyduq. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allahın yolundan döndərdiklərinə gö­rə, daha öncə halal edilmiş gözəl nemətləri onlara haram et­dik” (“ən-Nisa”, 160)".  

Teqlər: 
Paylaş: