Cəhənnəmdə qadınların saçının hər teli bir ilan olub qadının üzündən niyə sancacaq?
Aleykum salam. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Cəhənnəmdəki qadının saçının bir teli, bir ilan olub, hərəsi bir dəfə qadının üzündən sancacaq!" (Hədis səhihdir).
Ancaq hədislərdə bunun səbəbi bizə bildirilməmişdir. Digər bir hədisdə isə buyurmuşdur: "Ey qadınlar, çoxlu sədəqə verin, çünki mən Cəhənnəm əhlinin çoxunu qadınlar olduğunu gördüm. Soruşanda ki, niyə Cəhənnəm əhlinin çoxu qadınlardır? Cavabında buyurdu ki, Çünki qadınlar çox lənət edir və nemətə nankorluq edirlər". (əl-Buxari, 304).
Peyğəmbər (Allahın ona və ailəsinə xeyir-duası və salamı olsun) Cəhənnəm əzabın müxtəlif dərəcəli olmasını bizlərə belə təsvir etmişdir: "Cəhənnəm (öz sakinlərinin) bəzilərini topuqlarına, bəzilərini dizlərinə, bəzilərini bellərinə və bəzilərini isə körpücük sümüklərinə qədər çulğalayacaqdır". (Səhih Muslim).