Günahkar insan bağışlanması üçün iki şeyi etiraf edir, onlar hansılardır?
Sual:
Saleh insan Allaha 2 şeyi etiraf edir. Bu etiraflarla günahları bağışlanır. Bu etiraflar hansılardır?
Cavab:
Va aleykum Salam. Günahkar insan ilk növbədə günahkar olduğunu, sonra isə Uca Allahın bağışlayan və rəhmli olduğunu, günahları yalnız Uca Allahın bağışladığını etiraf edir. Uca Allah buyurur: "Musa dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir" (əl-Qəsəs, 16).