Hamiləlikdə kəbin kəsdirmək olarmı?

    03.10.2024
Kimdən: 
Sevinc
Sual: 
Salam hamilelik zamani zaks var ama kebin yoxdur kesdirmek olar hamilelikde?
Cavab: 

Və aleykum Salam. Əgər zaks (rəsmi nikah) qızın vəlisinin (atası, qardaşı və s.) və şahidlərin iştirakı ilə kəsilibsə, bu nikah kəbini əvəz edir. Çünki kəbin qızın vəlisinin və iki şahidin iştirakı ilə olmalıdır. Əgər rəsmi nikahda (zaksda) yuxarıda qeyd etdiyimiz şərtlər olmayıbsa, bu halda kəbin kəsdirmək lazımdır. Kəbin olmadan kişi və qadın bir-birlərinə halal sayılmırlar və kəbin olmadan yaxınlıq etmək zina sayılır. Kəbin olmadan yaxınlıq edən cütlük tövbə etməli və Allahdan bağışlanma diləməlidirlər. Bu barədə ətraflı oxuyun.

Kəbin olmadan hamilə qalan qadın sonradan kəbin kəsdirərsə doğduğu uşaq kimə nisbət olunur?

Teqlər: 
Paylaş: