Peyğəmbəri yuxuda görmək barədə

    23.12.2013
Sual: 
Mehemmed Peyğəmbəri yuxuda görmək nə deməkdir?
Cavab: 

Salam aleykum. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim yuxuda məni görsə, həqiqətən də, məni görmüş olar. Çünki şeytan mənim simamda görünə bilmir". Qeyd etmək lazımdır ki, şeytan Peyğəmbərin (salləllahu aleyhi və səlləm) simasında görünə bilməsə də, ancaq başqa bir görünüşdə adamın yuxusuna girib özünü peyğəmbər kimi təqdim edə bilər. Elə bu səbəbdən də Peyğəmbəri (salləllahu aleyhi və səlləm) tanımayan bir çox avamlar yuxuda şeytanı gördükdən sonra özlərinə vergi verildiyini iddia edir və haqqı tapdıqlarını güman edirlər. Lakin özləri də hiss etmədən, ancaq özləri özlərini aldadırlar.

Paylaş: