Üzümün nurlanmasını istəyirəm, nə dua etməliyəm?

    17.10.2024
Kimdən: 
Hüseyn.
Sual: 
Salam Aleykum. Üzümün nurlanmasını istiyirəm nə dua etmeliyem ve ya buna bir namaz var nece qılınır?
Cavab: 

Və aleykum Salam. Üzünün nurlanmasını istəyən saleh əməlləri çoxaltmalı, günahlardan çəkinməlidir. Çünki əməllər insanın zahirinə çox təsir edir. Üzün nurlanması üçün xüsusi namaz yoxdur. Lakin bu mənada bəzi dualar var.

"Allahummə-c’al fi qalbi nuran, va fi lisəni nuran, vacəl fi səmi nuran, vacəl fi basarı nuran, vacəl min xəlfi nuran, va min əməmi nuran, vacəl min fauqi nuran, va min təhti nuran, Allahummə atini nuran". (Mənası: Allahım! Qəlbimi və dilimi, qulağımı və gözümü nurlu et, önümü və arxamı nurlu et, üstümü və altımı nurlu et. Mənə nur ver!) Bu barədə ətraflı oxuyun:

Məscidə gedərkən edilən dua

Teqlər: 
Paylaş: