Günahkarlar cəhənnəmdə əbədi qalacaqmı və adlarla bağlı sual

    07.06.2014
Kimdən: 
Məryəm
Sual: 
Salam aleykum. əməlləri pis olan və gunahlarI cox olan insanlar Qiyamətdə omurluk Cəhənnəmdə qalacaqlar? və birdə insanIn adInIn qoyulmasIndada AllahIn istəyi olur məsələn mənim adIm Məryəmdi adIm Məryəm olmasIndan cox razIyam sizcə Allah istiyib mənim adIm Məryəm olsun mənə cox maraqlIdI
Cavab: 

Aleykum salam.
1) Şirkdən başqa istənilən böyük günah sahibi cəhənnəmdə əbədi qalmayacaq. Bu xüsusda Uca Allah belə buyurur: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur". (ən-Nisa, 48). 
Həmçinin daha ətraflı bu linki oxuyun: Cəhənnəmdən çıxanlar olacaqmı?
2) Təbii ki, hər bir məsələdə Allahın izni və istəyi vardır. Ağacdan bir yarpaq belə Onun izni olmadan yerə düşmür: "Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın". (əl-Ənam, 59).
Amma bu o demək deyil ki, bu adı valideynləriniz sizə qoymağa məcbur ediliblər. Sadəcə Uca Allah öz əzəli və əbədi elmi ilə bilirdi ki, sizin valideynləriniz sizə Məryəm adını qoyacaqlar.

Paylaş: