Namaz qılmayana zəkat, sədəqə və fitrə vermək olarmı?

    01.11.2024
Sual: 
Namaz qilmayana sedeqe ve fitre vermek olarmi?
Cavab: 

Əssələmu aleykum. Üstün olan rəyə görə namazı səhlənkarlıqdan qılmayan insan müsəlman sayılır və ona zəkat, sədəqə və fitrə vermək olar. Əksinə belə insanlara zəkat, sədəqə və ya fitrə vermək onların namaza gəlməsinə səbəb ola bilər. Müstəhəb olan sədəqəni (fitrə zəkatı, sədəqə və s.) isə istənilən adama vermək olar. Hətta qeyri-müsəlman olsa belə, ona sədəqə vermək icazəlidir. Uca Allah buyurur: "Allah din uğrunda sizin­lə vuruş­mayan və sizi öz diya­rı­nız­dan qo­vub çıxartmayan kim­sələrə (kafirlərə) yaxşılıq etmə­nizi və onlarla in­saf­la dav­ranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olan­ları se­vir" (əl-Mumtəhənə, 8). Həmçinin oxuyun:

Namaz qılmayana kafir demək olarmı?

Paylaş: