Pis vərdişi etmək istədikdə dostuma zəng edib ondan məni çəkindirmək üçün nəsihət istəyə bilərəmmi?

    16.11.2024
Kimdən: 
Zubeyr
Sual: 
Selam Aleykum qardaş ele bil dostumnan menim pis verdişmiz var.Bizde qerar geldi ki bu pis verdisi eliyende bir birmizi zeng edib icaze istiyeceyik bizde bir birimize icaze vermeyeciyik Allah ucun belede tergideceyik pis verdisi yeni sozumun cani odu ki bele etmekde nese qebahet var?islama zidd olan ya şirk kimi ya Allahi qezeblendirecek bir wey?
Cavab: 

Və aleykum Salam. Qeyd etdiyiniz hal bəyənilən haldır və burda İslam dininə zidd bir əməl yoxdur. Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2). Həmçinin oxuyun:

Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?

Paylaş: