Dua edərkən duanı təkrarlamaq icazəlidirmi?
Sual:
Salam Aleykum, mən evimizdən ötrü çox narahat oluram və dua etməyə çalışıram. Dua edərkən hər tərəfli edirəm və bütün narahatçılıqlara toxunuram. Lakin dua edərkən ürəyim soyumur və eyni şeyi 5-6 dəfə təkrar edirəm eyni anda. Həmçinin eyni duaları günün fərqli saatlarındada edirem ve 1 defe yox 5-6 dəfə eyni şeyləri saydığım üçün həm yoruluram həmdə sıxılıram. ALLAH keçsin günhamızdan, sizə sualım odu ki, istədiyim bir duanı gündə neçə dəfə oxumağım məsləhətdir? Və ya oxumaq istəməsəm günahdırmı? Bəzən dua edib bitirem, amma ürəyim rahat olmur və eyni duanı yenə edirəm, bu da məni çox narahat edir və gündə bir neçe dəfə təkrar etdiyim üçün vaxtımıda çox alır. Zəhmət olmazsa cavablandırardız.
Cavab:
Və aleykum Salam. Dua edərkən duanı təkrarlamaq duanın qəbul olmasına səbəb olan amillərdəndir və bunda heç bir qəbahət yoxdur. Həmçinin eyni duanı günün müxtəlif vaxtlarında təkrarlamaq da icazəlidir. Abdullah ibn Məsud (Allah ondan razı olsun) belə nəql edir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) dua etdikdə üç dəfə təkrarlayardı". (Əbu Dəvud, 1524). Amma bu hal vəsvəsəyə keçir və dua edənin sıxıntısına səbəb olarsa, bu vəsvəsənin qarşısını almaq üçün belə təkrar-təkrar dua etməyi dayandırmaq lazımdır. Çünki dua ibadət sayılır və dua edən adam bunula rahatlıq tapmalıdır. Ətraflı oxuyun: