Başqası üçün dua edən özü də savab qazanırmı?

    25.11.2024
Kimdən: 
Əlhəmdülillah
Sual: 
SalamAleykum Əgər bir nəfərin yaxşılığı üçün hər zaman Allaha dua edirəmsə və o adamında bundan xəbəri yoxdur. O adamdan incidəcək bir söz kəlmə eşidirəmsə və bu məni çox pis edir, ona görə dua etmişəmsə,bunun mənim üçün xeyri,və əgər o məni qırırsa o adam üçün ziyanı nə ola bilər. Amma mən o insana qarşı qırıldıqdan sora artıq onu dua edə bilmirəm((. ( O insan mənim gizlin yaxşılığımı bilmədi)
Cavab: 

Və aleykum Salam. Dinimiz müsəlmanları bir-birləri üçün digərinin xəbəri olmadan, səmimi qəlbdən dua etməyə təşviq etmişdir. Əbu Dərdadan (Allah ondan razı olsun) rəvayət olunan bir hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Hər hansı bir müsəlman bir müsəlman qardaşı üçün onun xəbəri olmadan dua etsə, bir mələk ona: "Sənə də dua etdiyinin eynisi olsun!"- deyər" (Müslim, 2732). Başqa bir hədisdə belə buyurur: "Müsəlman bir insanın öz qardaşı üçün qəlbindən etdiyi dua qəbul olunur. Onun başı üzərində bir mələk vəzifələndirilmişdir. O, qardaşı üçün hər dəfə xeyir dua etdikdə, həmin mələk: "Amin, sənə də bunun eynisi olsun!"- deyər" (Muslim, 1495).

Bu hədislər başqaları üçün edilən gizli və səmimi duaların Allah dərgahında necə yüksək dəyərə malik olduğunu vurğulayır. Belə dualar edən şəxs yalnız dua etdiyi kəs üçün deyil, həmçinin özü üçün də xeyir qazanır.

İslam alimləri bu barədə demişlər: "Digər bir müsəman üçün onun xəbəri olmadan dua edən şəxs, özü üçün də eyni dərəcədə savab qazanır. Çünki o, başqası üçün dua etməklə iki saleh əməli etmiş olur: Birincisi, Allahı səmimi olaraq zikr edir və qəlbən Ona yönəlir. İkincisi, müsəlman qardaşı üçün xeyir arzulayır və onun üçün dua edir. Bu, müsəlman üçün edilən yaxşı bir əməldir və ona görə savab yazılır. Həmçinin, hədisdə qeyd edildiyi kimi, belə dualar qəbul olunur" ("İkməl əl-Müəllim", 8/228).

Dua etdiyiniz şəxsin qəlbinizi haqsız yerə qırmasına gəlincə, sözsüz ki, o belə etməklə günah qazanır. Lakin bunun sizə heç bir təsiri yoxdur. Əksinə siz Uca Allahın bu ayəsini əməl etmiş olursunuz: "(O kəslər ki,) Qəzəblərini udar, insanların günahlarından keçərlər". (Ali İmran, 134); "Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin". (əl-Hucurat, 10). "Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar". (Fussislət, 34). "Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir"(əş-Şura, 40). Çalışın onu əvf edin və onun üçün dua etməkdə davam edin. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: