Xəstəliyə görə oruc tutmamaq günahdır?

    22.12.2013
Sual: 
Salam aleykum. Menim 16 yashim var ve menim qan azligim oldugu uchun oruc tuta bilmirem. Bu gunahdirmi?
Cavab: 

Aleykum assalam. Uca Allah buyurur: "Müəyyən sayda olan günləri (oruc tutmalısınız). Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar). Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir". (əl Bəqərə, 184).

Teqlər: 
Paylaş: