əl-Vahhəb adının tam izahlı mənası necədir?

    13.06.2014
Kimdən: 
ISAZADE RÜFET.
Sual: 
Salam Aleykum...El-Vehab adinin menasi tam aciqlamasi ve bu adi cekerek Allaha dua etmenin geniw melumat vererdiniz?
Cavab: 

Aleykum salam. əl-Vahhəb, "bəxş edən",  "qarşılıqsız verən" mənaları verir. Uca Allah bu haqda Quran Kərimdə belə buyurur: "Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxş edənsən (Vahhabsan)". (Ali İmran, 8).
Həmçinin bilmək lazımdır ki, əl-Vahhəb adı Uca Allaha aiddir və bu adı insanlara nisbət etmək olmaz. Bir insana "vahhəbi" deməklə Allahın adından istehza mənasında istifadə edilir. Bu da düzgün hal deyil. Duaya gəldikdə isə bu addan irəli gələn mənaya uyğun istənilən şeyi Uca Allahdan dua edib istəmək olar.

Teqlər: 
Paylaş: