Axşam zikirlərini nə vaxt oxumaq lazımdır?
Sual:
Salam aleykum. 1. Bu zikri axşam zikrlərində oxumaq olar?
Subhənəllahi və bihəmdihi, adədə xalqihi, və rıda nəfsihi, və zinətə arşihi, və midadə kəlimətihi.
Bu zikr səhər zikrlərində qeyd olunub.
2. Axşam zikrlərini əsr yoxsa məğrib namazlarından sonra oxumaq lazımdır?
Allah razı olsun
Cavab:
Və aleykum Salam.
1) Birinci sualda qeyd etdiyiniz zikr yalnız səhərlər üç dəfə deyilir. Axşam zikrlərində deyilmir.
2) Bu cavabı oxuyun:
Səhər və axşam zikrlərini nə vaxt oxumaq lazımdır?
Səhər və axşam zikrlərini günün başqa vaxtlarında etmək olarmı?