Qadın ərinə "səni boşadım" deyərsə bu boşanma sayılırmı?

    25.01.2025
Sual: 
Salam men alti aydi evliyem qadinam. amma yoldawimla tez tez dalawiriq. 2 MENDE 2 DEFE BOŞ OL DEDİM BİZ BOŞANMİŞ SAYİLİRİQ? DİNİ QAYDALARİ BİLMİR. KUSUR HER DEFE GEDİR DEYENDE GEDEY ASAN XİDMETE BOŞANAQ DEYENDE DEYİR OZ QERARİNDİ. AMMA UZULUR MENCE BİLMİREM. AMMA ARADA AGİR SOZLER DEYİR BU DEFE HEDDİNİ AŞDİ. MENDE 2 DEFE BOŞ OL DEDİM BİZ BOŞANMİŞ SAYİLİRİQ? DİNİ QAYDALARİ BİLMİR. MENDE UZULUREM O BİLMİREM. DİNİ NİKAHİ NECE BERPA EDEK NECE VAXTAN OLAR ETMEK 2VE MEN 3 DEFE DESEM NE OLACAQDİ? BU HAQDA ETRAFLİ YAZİNDA XAİŞ EDİREM. MENE QURANA VE AYETLERLE BİR SUBUTLU CAVAB VERİN EVVELCEDEN TEÜEKKURLER
Cavab: 

Və aleykum Salam. Dinimizdə boşamaq səlahiyyəti yalnız ərə aiddir. Qadın ərinə əlli dəfə "səni boşadım" desə də, şəriətlə bu boşanma sayılmır. Şəriətə görə bu səlahiyyət yalnız kişiyə aiddir və qadın bunu özbaşına edə bilməz. Uca Allah Quranda nikah müqaviləsinin kişinin əlində olduğunu bildirərək buyurur: "Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını onlara verməlisiniz. Qadınların bunu ərlərinə bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu qadına bağışlaması isə istisnadır" (əl-Bəqərə, 237).
İbn Kəsir bu ayənin təfsirində deyir: "İbn Əbu Hətim rəvayət edir ki, Şureyh demişdir: “Bir dəfə Əli ibn Əbu Talib (Allah ondan razı olsun) məndən nikah müqaviləsi olan kəs barədə soruşdu. Mən ona: “O, qadının vəlisidir (himayədarıdır)”- dedim. Əli dedi: “Xeyr, o ərdir”. (əd-Dəraqutni, 3713, 3757; əl-Beyhəqi “Sunənul-Kubra” 14223, 14835)".
Həmçinin, bilmək lazımdır ki, qadının səbəbsiz yerə boşanma tələb etməsi böyük günahdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə, Cənnətin iyi ona haram olar". (İbn Məcəh, 1672; Əbu Davud, 2209).  

Teqlər: 
Paylaş: