Kişi vəfat etdikdən sonra onun əmlakı həyat yoldaşı və üç oğul arasında necə bölünür?
Va aleykum Salam. İnsan sağlığında öz mülkünün üçdə bir hissəsinə qədəri istədiyi kəsə sədəqə verə bilər. İnsan vəfat etdikdən sonra yerdə qalan mülkü şəriətin buyurduğu qaydada varislər arasında bölünür. Əgər mülk torpaqdırsa, ya bu torpaq sahəsi satılıb satışdan əldə olunan pul vəsaiti varislər arasında bölünür, ya da torpaq hissələrə bölünərək verilir. Vəfat etmiş kişinin mülkü həyat yoldaşı və üç oğul arasında bu şəkildə bölünür: Həyat yoldaşına mülkün səkkizdə biri verilir. Uca Allah bu xüsusda buyurur: "Övladınız olduğu təqdirdə isə qoyub getdiyiniz malın səkkizdə bir hissəsi zövcələrinizə çatır" (ən-Nisa, 12). Yerdə qalan mülk isə üç oğul arasında bərabər bölünür. Məsələn, əgər mülk 24000 olarsa, bunun 3000 həyat yoldaşına, oğulların hər birinə isə 7000 düşür.