Heyz halında qadına verilən talaq sayılırmı?

    10.02.2025
Kimdən: 
Qoca
Sual: 
səlamun aleykum. sualım talaqla bağlıdır. Heyz halında verilən talaq bir talaq olaraq sayılır yoxsa yox? sizin saytınızda yazmısız ki, sayılır və sübut olaraq ibn Ömərdən olan hədisi gətirirsiz, həmçinin bildiyim qədəril 4 məzhəb də bu görüşdədir ki, heyzli halda verilən talaq haram olmaqla birlikdə 1 sayılır. Ancaq bildiyim qədərilə İbn Teymiyyə və bəzi alimlər heyzli halda verilən talağı bir talaq kimi qəbul etmirlər. Xahiş edərdim bu barədə mümkün qədər geniş izah verərdiniz. saytınızda olan kitabdan sitat : İbn Ömərin, "həmin talaq mənim üçün bir sayıldı" – deməsi, bunun qeyri Peyğəmbər (S.A.V.) tərəfindən təyin edilməsi uzaq ehtimaldır. Allah razı olsun
Cavab: 

Və aleykum Salam. Şəriətə uyğun olan talaq odur ki, kişi zövcəsini heyzdən sonra yaxınlıq etmədiyi təmizlik vaxtında bir talaq ifadəsi ilə boşasın. Buna uyğun olmayan talaq isə bidət (şəriətə uyğun olmayan) talaq sayılır. 

Bidət (şəriətə uyğun olmayan) talaq alimlərin yekdil rəyinə görə haramdır və ərin bunu etməsi qadağandır. Hafiz Muhəmməd ibn Abdus-Sələm əl-Xüşəni mötəbər bir sənədlə rəvayət edir ki, bir dəfə İbn Ömərdən (Allah ondan razı olsun) soruşdular: "Bir şəxs arvadını heyz (aybaşı) halında boşasa, bu talaq sayılırmı?" O isə cavabında: "Xeyr, keçərli deyil, hesaba alınmır", - demişdir.

Teqlər: 
Paylaş: