Subay qız qaşını ala bilərmi?

    19.06.2014
Kimdən: 
Aysu
Sual: 
Salam əgər bir qız ərə getməmişdirsə o qaşlarını alırsa bu günahdırmı?
Cavab: 

Aleykum salam. İstər ərə gedən, istərsə də ərə getməyən qadının qaşlarını alması və ya aldırması günahdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bu haqda belə buyurmuşdur: "Allah, bədənə döyən və döydürən, qaş alan və aldıran, gözəllik üçün dişlərinin arasını yondurub Allahın yaratdığında dəyişiklik edən qadınlara lənət eləsin". (əl-Buxari).
Lakin əgər həddən artıq çoxdursa və görünüşə ciddi xələl gətirirsə, bu halda qaşları bir az götürərək düzəltməyə icazə verilir. 

Teqlər: 
Paylaş: