Naməhrəmlərin əldəki xınanı görməsinə qadağan olan dəlillər hansıdır?
Sual:
Əssələmu Aleykum. Naməhrəmlərin əldəki xınanı görməsinə haram olan dəlillər hansıdır?
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; " (ən-Nur, 31). Ayədə "zinətlər" dedikdə hər növ zinət və bəzək nəzərdə tutulur və bura ələ vurulan xına da daxiildir. Ətraflı bu cavabı oxuyun: