"Allah sevmədiyi bəndəsini öldürməz" fikri doğrudur?

    18.06.2014
Kimdən: 
Baxış
Sual: 
men bir necedefe ölümden dönmüşem ve bu mene möcüze gelir inanılmaz dercede ölümle üzüze gelmise ve hemin andada bir anın icinde sax cıxıram yeni o hadisede bir anda qurtuluram deyiler ALLAH isdemediyi bendesini öldürmes bu doxrude ve neyegöre beledir ALLAH bendesini birnecedefe ölümden qurtarırsa bu neye işaredir
Cavab: 

Salam aleykum. İslama görə Allah sevmədiyi bəndəsini öldürməz fikri səhvdir. Çünki əcəli çatmış hər kəsin öləcəyini Uca Allah bizə bildirmişdir: "...Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər". (Yunus, 49).
İnsanın hansısa hadisələrindən sağ-salamat çıxması hələ onun əcəlinin çatmadığını bildirir. Odur ki, insan belə hadisələrdən ibrət almalı, ölümün yaxın olduğunu düşünməli və ona verilən möhlətdən istifadə edərək rəbbinin razılığını qazanmağa çalışmalıdır. Başda namaz olmaqla xeyir əməllərini artırmalı, nemətlərə görə Uca Allaha şükr etməli və Allahın əmrlərini yerinə yetirməyə çalışmalıdır ki, bu ayədə deyilənlər kimi olmasın: "Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən Allah yolunda xərcləyin. Və bilin ki, Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!" (əl-Munafiqun, 10-11).

Paylaş: