Ata-ananı incitmək və sol böyrü üstə yatmaq haqqında

    18.06.2014
Kimdən: 
Baxış
Sual: 
Ana Atasın inciden insan sonrada peşman olduqdan sonra nece bağışlana biler....bir insan Ana atası ücün dua ederse o dua gercekleşer veyaxuta eksine olarsa....menim xedeliyim olduxu ücün men sag terefden uzana bilmirem deyilene göre Sag terefede Peyğenberlerimiz Sol terefde ise şeytanlar yatır mene deyiler calış heişe sag qolun üste yat bu düzdür ve bele olan halda men günah qazanıram yoxsa nece...
Cavab: 
Salam aleykum. Valideyni incitmək qul haqlarından olduğu üçün ilk növbədə övlad onların könlünü almalı, onlardan üzr istəməli və onlardan halallıq alıb onlarla gözəl və xoş davranmalıdır. Həmçinin bundan əlavə Allahdan bağışlanma diləyib Ona tövbə etməlidir. Çünki hər bir günahdan sonra tövbə etmək lazımdır: "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153).
"Şübhəsiz ki, Allah tövbə edənləri də, təmizlənənləri də sevir". (əl-Bəqərə, 222).

Əslində günaha peşman olmaq və bir daha o günaha qayıtmamaq tövbənin mühüm şərtlərindən sayılır və günahdan peşman olanları Uca Allah inşallah bağışlayır. Əgər valideynlər həyatda deyilsə, onda onlar üçün Allahdan bol-bol bağışlanma diləmək lazımdır: "Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla!...". (Nuh, 28). Həmçinin oxuyun:
Qul haqqı barədə
Tövbəni necə etmək lazımdır?

Doğrudur, sağ tərəf üstə yatmaq peyğəmbərlərin yoludur. Amma şeytanların sol tərəf üstə yatması barədə dinimizdə heç bir məlumat verilmir. Sadəcə bəzi rəvayətlərdə bildirilir ki, peyğəmbərimiz sol tərəf üstə yatmağı bəyənməzdi. Sizin sağ tərəfə yata bilməməniz isə xəstəliklə bağlı olduğu üçün, üzürlü haldır. "Allah heç kəsi gücündən artıq yükləməz". (əl-Bəqərə, 286).
Teqlər: 
Paylaş: