İki əli arxaya uzadıb əllərə söykənərək oturmaq şeytan oturuşudurmu?
Sual:
Əssələmu aleykum. Sual qarışıq görünəcək, zəhmət olmasa diqqətlə oxuyarsız. İki qol ilə arxaya dirsəylənib ayaqları da qabağa uzadıb dizi qatlanmış halda oturmaq şeytanın oturuşudur deyirlər. Mən iki əlimi arxaya uzadıb oturmuşdum amma dirsəylərimə yox əllərimə söykənmişdim. Həmçinin ayaqlarımı qabağa uzatmışdım amma dizlərimi qatlamamışdım, düz şəkildə uzatmışdım. Bir nəfər dedi ki, bu şeytanın oturuşudur. Amma mən elə düşünürdüm ki, dirsəylərimə söykənsəm və ayaqlarımı qarşıya dizi qatlanmış halda uzatsam şeytanın oturuşuna daxildir. Bu haqda məlumat verərsiz, tam dəqiq olaraq hansı halda oturmaq olmaz? Arxadan əllərimə söykənib ayaqlarımı qarşıya düz şəkildə uzatsam da buna daxildir?
Cavab:
Və aleykum Salam. Qadağan olunmuş oturuş sol ələ arxadan söykənərək oturmaqdır. Bu barədə hədis belədir: Əş-Şureyd ibn əs-Suveyd (Allah ondan razı olsun) rəvayət edərək buyurur: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) mənim yanımdan keçirdi, mən də bu cür - sol əlimi arxa tərəfə qoyub oturaraq ona dirsəklənmişdim. O (salləllahu aleyhi və səlləm), mənə dedi: "Qəzəbə düçar olmuşların oturuşu ilə oturmusan?!" (Əbu Davud 4848; İmam Əhməd, 18960). İki ələ söykənərək oturmaq isə qadağan deyil. Həmçinin oxuyun: